Modern.az

Sabiq prezidentin həkimi həbs edildi

Sabiq prezidentin həkimi həbs edildi

مورد توجه

5 Fevral 2019, 21:07

Prezident Abdullah Gülün sabiq şəxsi həkimi azadlıqdan məhrum edilib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin 11-i Prezidenti Abdullah Gülün şəxsi həkimi Sedat Caner Fəthullah Gülən terror təşkilatının (FETÖ) üzvü olmaqda ittiham edilməklə şərti olaraq 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

S.Caner 2012-2015-ci illər ərzində FETÖ terror təşkilatı ilə sıx əməkdaşlıq edib. Ona ölkəni tərk etmək qadağan olunub.

 

Qeyd edək ki, F.Gülən və tərəfdarları Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunurlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı