Modern.az

Batareya udan körpə öldü

Batareya udan körpə öldü

Current

27 Mart 2019, 19:11

Cəlilabad rayonunda körpə enerji batareyasını udması nəticəsində ölüb.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə şəhərində qeydə alınıb.

Belə ki, 2017-ci il təvəllüdlü İbrahim Xalid oğlu Ağayevin halı pisləşdiyindən Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb. Müayinə zamanı onun mədəsində enerji batareyası aşkarlanıb. Həkimlərin səylərinə baxmayaraq, uşaq martın 26-da dünyasını dəyişib.

Qeyd edək ki, İ.Ağayev ailənin üçüncü övladı olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı