Modern.az

“Zərifə Əliyeva liseyi”ndə aprel şəhidlərindən yazan jurnalistlə görüş keçirilib - FOTOLAR  

“Zərifə Əliyeva liseyi”ndə aprel şəhidlərindən yazan jurnalistlə görüş keçirilib - FOTOLAR  

Current

5 Aprel 2019, 16:59

Qəhrəman aprel şəhidləri Azərbaycanın bütün təhsil müəssisələrində ehtiramla yad edilir. Bu gün Zərifə Əliyeva adına liseydə aprel şəhidlərinin və şahidlərinin qəhrəmanlığını, həyat hekayətlərini “Qalibiyyət: şəhidlər və şahidlər” kitabının müəllifi Aida Eyvazlı Göytürk və kitabın qəhrəmanlarından biri, aprel döyüşlərinin iştirakçısı Azərbaycan Ordusunun zabiti Həsrət Almaslı ilə məktəblilərin  görüşü keçirilib.

Vətən uğrunda  canından kçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mehriban Vəliyeva  qeyd edib ki, Azərbaycan prezidenti “Aprel döyüşləri bizim şanlı qələbəmizdir!” fikri indi bir deviz kimi bütün Azərbaycanı və türk dünyasını dolaşmaqdadır.

İlham Əliyevin söylədiyi “Aprel döyüşləri bizim şanlı qələbəmizdir!” fikri indi bir deviz kimi bütün Azərbaycanı və türk dünyasını dolaşmaqdadır. 

“Qalibiyyət: şahidlər və şəhidlər” kitabın müəllifi kitabda həyat hekayətlərini yazdığı şəhidlərin ailələrində  qarşılaşdığı yaddaqalan  görüşlərdən, eyni zamanda aprel döyüşçülərinin  2-5 aprel günlərində Azərbaycanın yeni zəfər tarixini yazdığını bildirib.  
Aprel döyüşçülərinin iştirakçısı hərbçi Həsrət Almaslı Azərbaycan Ordusunun əsgərlərinin öz tarixi torpaqlarını hər zaman hazır olduğunu və bu gücə qadir olduğunu söyləyib. Qonaqlar  məktəbliləri maraqlandıran sualları cavablandırıblar.  

Şagirdlərin görüşün sonunda yazıçı-jurnaist Aida Euvazlı öz kitablarını Zərifə Əliyeva adına məktəbə hədiyyə edib  və məktəbin müəllim və şagird kollektivi ilə  xatirə şəkli çəkilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı