İtaliya A seriyasının 30-cu turunda “Balonya”nı qəbul edən “Atalanta” böyük hesablı qələbə qazanıb.
Modern.az-ın xarici mətbuata istinadən məlumatına görə, bu görüşdə “Yuventus”a məxsus rekord təkrarlanıb.
“Atalanta” qarşılaşmanın artıq ilk 15-ci dəqiqəsində rəqib qapısından 4 top keçirib.Sonuncu dəfə bunu 1932-ci ildə “Yuventus” bacarmışdı.
“Qoca Sinyora” həmin vaxt “Roma” ilə matçın (7-1) ilk 15 dəqiqəsində rəqib qapısından 4 dəfə yol tapmışdı.Beləliklə “Atalanta” Turin təmsilçisinin 87 illik rekordunu dünən təkrarlamış olub.
Novruz NOVRUZLU