Modern.az

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində yeni mətbuat katibi - TƏYİNAT  

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində yeni mətbuat katibi - TƏYİNAT   

Current

12 Aprel 2019, 09:47

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə mətbuat katibi təyin olunub.

 

Modern.az-ın məlumatına görə, bu vəzifəyə İctimai Televiziyanın "Xəbərlər" proqramının və "Diqqət mərkəzi" verilişinin aparıcısı Ramiz İdrisoğlu gətirilib.

 

R.İdrisoğlu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi vəzifəsilə yanaşı, İctimai Televiziyadakı işinə də davam edəcək.

R.İdrisoğoğlu Modern.az-a açıqlamasında təyinatı təsdiqləyib.

 

Uzun müddət televiziya sahəsində çalışdığını deyən, R.İdrisoğlu Dövlət Şəhərsalma və Arxitektura Komitəsilə əməkdaşlığa qərar verdiyini bildirib:

“Komitə ilə yanaşı, televiziya ilə əməkdaşlığım davam edəcək”.

 

 

O, “Bu sahənin çətinliklərini bilən peşəkar jurnalist kimi mətbuat işçilərinin əlçatan mətbuat katibi olacağınıza inanırıq” fikirlərinə “Əlbəttə, heç bir problem yaranmayacaq, çalışacağam ki, bütün suallarınızı operativ şəkildə cavablandırım”,-deyə bildirib.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı