Daşkəsən şəhərində bıçaq xəsarəti alan şəxsin kimliyi məlum olub.
Modern.az “Report”a istinadən xəbər verir ki, bu 1992-ci il təvəllüdlü rayon sakini, Babək Alıyevdir.
Qarın və döş qəfəsindən bıçaq xəsarətləri alan gənc əməliyyat olunub, vəziyyəti kafidir.
27 yaşlı gəncin hələki məlum olmayan səbəblərdən özü-özünə bıçaqla xəsarət yetirdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.