Modern.az

Ölkəyə gizli yolla siqaret gətirməyə cəhd

Ölkəyə gizli yolla siqaret gətirməyə cəhd

Aktual

5 Sentyabr 2019, 22:57

Avtomobildə gizlədilən papiroslar aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Modern.az-a verilən məlumata görə, Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ-21113” markalı avtomobilə gömrük baxışı keçirilib.

Nəticədə nəqliyyat vasitəsinin ön sol qapısının örtüyünün arxasındakı boşluqlarda, gömrük nəzarətindən gizlədilən 2500 ədəd “Belomorkanal” markalı papiros aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı