Modern.az

Çilənay Hüseynova Nəsiminin sözlərinə bəstələdiyi əsəri ifa etdi

Çilənay Hüseynova Nəsiminin sözlərinə bəstələdiyi əsəri ifa etdi

Aktual

25 Oktyabr 2019, 13:21

Bu il Azərbaycan Prezidentinin fərmanı ilə, o cümlədən, TÜRKSOY tərəfindən bütün Türk dünyasında elan edilmiş “Nəsimi ili”nə daha bir dəyərli töhfə ifaçı-bəstəkar Çilənay Hüseynovadan gəldi. O, İmadəddin Nəsiminin məşhur “Yanaram” qəzəlinə mahnı bəstələyib.

Modern.az xəbər verir ki, Ç.Hüseynova əsəri ilk dəfə dünən – Beynəlxalq Muğam Mərkəzində keçirilən Nəsimi gecəsində ifa edib.

Ç.Hüseynova saytımıza açıqlamasında Nəsimi irsinə müraciət etməyin onun üçün bir sənətçi və vətəndaş borcu olduğunu bildirdi:

“Nəsiminin şeiriyyəti mənim yaradıcı ruhuma çox yaxındır. Bu baxımdan, Nəsimi ilinə bir töhfəm olsun deyə əsər yazmağa qərar verərkən, qəzəlləri arasında seçim etmək də mənim üçün asan olmadı. Çünki, Nəsimi bir dəryadır. Getdikcə gedirsən… Bir qəzəli üzərində dayandım. “Şamü səhər yanaram” adlı əsəri ərsəyə gətirdim. Əsərdə Nəsimi klassikası ilə müasir musiqinin sintezini yaratmağa çalışmışam. Ümid edirəm ki, həm nəsimisevərlər, həm də musiqi əhli tərəfindən sevilər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı