Modern.az

“BTQ layihəsi yük daşımaların artması ilə bağlı çağırışlara cavab verir” - Nazir

“BTQ layihəsi yük daşımaların artması ilə bağlı çağırışlara cavab verir” - Nazir

Current

20 Dekabr 2019, 23:54

“Bu il Gürcüstanda emal olunan yük konteynerlerinin sayı rekord həddə çatıb”.

Modern.az  “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava parlamentdə “nazir saatı” formatında çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, yanvar-noyabr aylarında Batumi və Poti limanlarında emal edilən konteynerlərin sayı illik müqayisədə 43% artıb.

N.Turnava hesabat dövründə dəmir yolları vasitəsilə daşınan yük konteynerlərinin sayında 35% artımın olduğunu qeyd edib.

O deyib ki, bu artım Gürcüstanın liman və nəqliyyat infrastrukturu üçün yeni çağırışlara səbəb olur: “Biz bu çağırışlara irimiqyaslı infrastruktur layihələr, həmçinin dəmir yollarının modernləşdirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu, Şərq-Qərb sürət avtomagistralı layihələri ilə cavab veririk”.

Nazir, həmçinin, bildirib ki, Anaklia dərin dəniz limanı layihəsi aktuallığını itirməyıb: “Gürcüstan hökuməti bu layihənin yaxın illərdə həyata keçirilməsi üçün əlindən gələni edəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı