Modern.az

ABŞ-da silahlı insident: 4 ölü, 4 yaralı

ABŞ-da silahlı insident: 4 ölü, 4 yaralı

Aktual

5 İyul 2020, 22:48

ABŞ-ın Çikaqo şəhərində silahlı insident olub.

Modern.az  xəbər verir ki, naməlum şəxslərin açdığı atəş nəticəsində dörd nəfər həlak olub.

 

Hadisə nəticəsində daha dörd nəfər yaralanıb.

ABŞ-ın asayiş keşikçilərinin məlumatına görə, iki nəfər hadisə yerində həlak olub, daha iki nəfər isə yerləşdirildikləri xəstəxananın reanimasiya şöbəsində ölüb. Öldürülənlər arasında 14 yaşlı yeniyetmə də var.

Polis şəhərdə yaxalama əməliyyat planını elan edib, ancaq cinayətkarları yaxalamaq hələ mümkün olmayıb.

Hadisənin təfərrüatları açıqlanmır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı