«Xalq qəzeti»nin sabiq baş redaktoru, tanınmış jurnalist Mahal İsmayıloğlu oğlunun Heydər Əliyev adına hava limanında saxlanılması ilə bağlı Modern.az-a açıqlama verib. O, oğlunun günahsız yerə saxlanıldığını bildirib.
“İlk dəfə idi bizim başımıza belə bir hadisə gəlirdi. Oğlumun saxlanılmasında sadəcə anlaşılmazlıq olmuşdu. Hüquq-mühafizə orqanları məsələni aydınlaşdırandan sonra oğlumun günahsız olduğu məlum oldu. Onlar səbəb gətirirdilər ki, guya oğlumun banka borcu var. Əslində oğlumun banka yox, yaxın dostuna borcu olub. Məsələ ayınlaşdırqdan sonra oğlum sərbəst buraxıldı”,- deyə M. İsmayıloğlu qeyd edib.
Tanınmış jurnalistin sözlərinə görə, oğlu kiçik bizneslə məşğul olur:
“Oğlum kiçik bizneslə məşğul olur. O, bu zamana kimi bir dəfə də olsa, polis təfərindən saxlanılmayıb. İlk dəfə idi ki, biz belə halla üzləşdik. İndi heç bir problem yoxdur. Məsələ həll olundu. Oğlum işlə əlaqədar gah Türkiyəyə, gah da Almaniyaya gedir. İndi artıq Almaniyadadır”.
M.İsmayıloğlu həmçinin hadisənin mətbuatda işıqlandırılmasından narahat olduğunu deyib.
“Bu hadisə artıq bir neçə gün bundan qabaq olub. Mətbuatda nəyə lazımdır bu qədər şişirtmək. Məncə, ehityac yox idi buna...”.
Qeyd edək ki, jurnalistin oğlu ilə bağlı yaşanan anlaşılmazlıq srağagün baş verib.
Anar RÜSTƏMOV