Modern.az

Ermənistanın hərbi gücü sınaqdan keçiriləcək

Ermənistanın hərbi gücü sınaqdan keçiriləcək

Current

13 Sentyabr 2012, 09:47

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının “Qarşılıqlı birgə hərəkət -2012” təlimlərinin əsil məqsədi Rusiyanın Ermənistanın müdafiəsini necə təşkil edcəyinin sınaqdan keçirilməsidir

Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kollektiv çevik reaksiya qüvvələrinin “Qarşılıqlı birgə hərəkət -2012” (“Взаимодействие-2012”) təlimlərinin  keçirilməsi ilə bağlı hazırlıqlar başa çatıb. Dünən Ermənistanın müdafiə naziri təlimlərin keçiriləcəyi “Baqramyan” poliqonuna gedərək, hazırlıq işləri ilə tanış olub.

Xatırladaq ki, 15-19 sentyabrda Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kollektiv çevik reaksiya qüvvələrinin  təlimləri keçiriləcək.  Təlimlərdə Rusiya, Ermənistan, Belorusiya, Qazaxstan, Qırğızıstan və Tacikstanın hərbi kontngentləri və xüsusi təyinatlıları, qərargah zabitləri iştirak edəcəklər. Təlimlərdə Qafqaz regionunda kollektiv təhlükəsizlik qüvvə və vasitələrinin tətbiqi ssenariləri sınaqdan çıxarılacaq.

Təlimləri ilk dəfə olaraq Beynəlxalq Qırmızı Xaç Komitəsinin, BMT, ATƏT və MDB nümayəndələri müşahidə edəcək.  Təlimə 2000 hərbi qulluçu cəlb olunacaq.

Belorusiyanın CTV kanalının məlumatına görə bu ölkənin hərbi kontingenti artıq Ermənistana göndərilib. Minsk ilk dəfə olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi təlimlərində geniş formatda, 73 nəfərlə  təmsil olunacaq.

 Təlimlərdə həmçinin, Rusiyanın 98 saylı qvardiya hava-desant diviziyasının şəxsi heyəti iştirak edəcək. Dvizyanı paraşüt-desnat taboru və xüsusi təyinatlı kəşfiyyat tağımı təmsil edəcək. Ümumilikdə Hərbi Hava Qüvvələrinin şəxsi heyətindən 200 hərbi qulluqçu təlimlərə qatılacaq.  Rusiya desantçılarana döyüş texnikası bu ölkənin Ermənistandakı 102 saylı Gümrü hərbi bazasından veriləcək.

Qazaxtan isə təlimlərdə ölkənin Silahlı Qüvvələrinin operativ qrupu və 40 hərbi qulluqçu-desantçılar bölüyü ilə təmsil olunacaq. Qazaxstan heyəti də artıq Ermənistandadır.

Ermənistan müdafiə naziri Ara Nazaryan www.opkodkb.ru saytına müsahibəsində bildirib ki, təlimlərin ssenarisinə əsasən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kollektiv çevik reaksiya qüvvələri düşmənin ehtimal olunan hücumunun qarşısnı almalı və əks-hücuma keçməlidirlər.

Təhlilçilər bu təlimlərə Moskvanın yenidən Cənubi Qafqazda güc nümayiş etdirməyə çalışdığını vurğulayırlar. Təlimlərin ssenarisi də təsadüfən seçilməyib və hərbi terminalogiyanı bir kənara qoysaq, faktiki olaraq Rusiyanın Ermənistanın müdafiəsini necə təşkil edcəyinin sınaqdan keçirilməsidir. Təlimlərə Rusiyanın ən yaxşı desant diviziyalarından birinin cəlb olunması da diqqətdən qaçmamalıdır. Belə ki, Rusiya hərbçiləri Moskvanın Cənubi Qafqazda hər hansı hərbi böhan zamanı ilk olraq desant qoşunlarından yararlana biləcəyini qeyd edirlər. Gürcüstanla 8 günlük müharibədə Sxinvalidən gürcü hərbçilərinin şıxışdırılıb çıxarılması 76 saylı Pskov hava-desnat diviziyasının döyüşçülərinin təcili olraq şəhərə atılmasından sonra mümkün olmuşdu. Ekspertlərin ehtimallarına görə, bu təlimlər vasitəsilə Rusiya Sxinvali təcrübəsini daha da təkmilləşdirmək və regionda hər hansı hərbi böhran baş verdiyi halda tez bir zamanda müdaxilə etmək imkanlarını sınaqdan keçirir. 

Təlimlərə cəlb olunacaq hərbi kontingentin də böyük əksəriyyətini Rusiya və Ermənistan hərbçiləri təşkil edir. Qazaxstan və Belorusiya kontingetinin sayı birlikdə 200 nəfərə çatmır. Təşkilatın digər üzvləri Qırğızıstan, Tacikistan və  Özbəkistan isə yalnız qərargah zabitləri ilə təmsil olunacaqlar. Onlar komanda-qərargah oyunlarında iştirak edəcəklər.  

Rusiya ekspertləri də qeyd edirlər ki, geniş PR kampaniyasına baxmayaraq bu təlimlərin  Moskva və xüsusilə də İrəvanın arzuladığı səviyyədə keçirilməsi planları baş tutmayıb. Belə ki, İrəvanda təlimləri müşahidə etmək üçün Rusiya prezidenti Valdimir Putinin  Ermənistana gəlməsinə ümid edirdilər. Bu daha çox gələn ilin fevralında prezident seçkilərinə hazırlaşan prezident Serj Sərkisyan üçün vacib idi. Hələ ki, Putinin Ermənistana səfər edəcəyi ilə bağlı bir məlumat yoxdur. Eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının digər üzvləri də təlimlərə o qədər də maraq göstərmirlər.  Bu isə faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yox, Rusiya və Ermənistan hərbi qüvvələrinin birgə təlimləri deməkdir.

Erməni müxalifəti isə prezident Serj Sərkisyanın hərbi təlimləri özünün seçki kampaniyasının bir elementinə çevirmək istədiyini vurğulayırlar, Ermənistan Müdafiə Nazirliyi oktyabr ayında indiyə qədər misli görünməmiş hərbi təlimlərin keçiriləcəyinin anonsunu verib. İlk dəfə olaraq 50 yaşına qədər orduda hərbi xidmət keçərək ehtiyata buraxılan Ermənistan vətəndaşalarının da iştirakı ilə təlimlər keçirilməsi planlaşdırılır.

Müşahidəçilər qeyd edirlər ki, Sərkisyan iqtidarı hərbi təlimlərlə erməni ordusunun yüksək döyüş qabiliyyətinə malik olduğu mesajını verməyə və Azərbaycanın hərbi əməliyyatlara başlayacağı ilə bağlı xəbərlərdən narahat olan  Ermənistan cəmiyyətini sakitləşdirməyə çalışır.

Zaur İbrahimli

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı