Modern.az

Sabahdan Bakıda bütün yollarda hərəkət bərpa olunacaq

Sabahdan Bakıda bütün yollarda hərəkət bərpa olunacaq

Aktual

7 İyun 2021, 21:30

İyunun 8-də səhər saat 06:00-dan şəhər halqasının əhatə etdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılacaq.

 

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Məlumatda bildirilir ki, qeyd olunan tarixdən 1, 2, 4, 5, 6, 10, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 127, 205 və M3 nömrəli marşrut xətlərinin hərəkət sxeminə tətbiq edilən müvəqqəti dəyişiklik də ləğv edilir:

 

"Bir daha bütün şəhər sakinlərinə məhdudiyyətlərin tətbiq edildiyi günlərdə göstərdikləri anlayış üçün təşəkkür edirik".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı