Modern.az

“Erməni həyasızlığının həddi-hüdudu yoxdur” - Vilayət Quliyev

“Erməni həyasızlığının həddi-hüdudu yoxdur” - Vilayət Quliyev

Aktual

26 Avqust 2021, 16:56

“Ermənilər yenə şüvən qaldırıblar. Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsini Ermənistanın suveren ərazisi adlandırırlar”.


Modern.az xəbər verir ki, bunu Azərbaycanın keçmiş xarici işlər naziri, sabiq səfir Vilayət Quliyev deyib.

 

O sual edib ki, erməni yolları da eksterritoriallıq hüququna malikdir?


“Həyasızlığın həddi-hüdudu yoxdur. Beynəlxalq hüquq mütəxəssisi deyiləm. Amma düşünürəm ki, ermənilər “dövlətlərarası yol” dedikləri bu trassanı ya tam şəkildə öz ərazilərindən keçməklə yenidən çəkməli, ya da burada Azərbaycanın sərhəd və gömrük xidmətləri qurulmalıdır. Əks təqdirdə, torpaqlarımızdan keçən yoldan müftə istifadə etmək bir yana qalsın, oranı həm də Ermənistanın suveren ərazisi kimi qələmə verib, dünyanı üstümüzə qaldıracaqlar.
Necə olur ki, dövlətlər bir-birinin hava məkanından istifadə edəndə də icazə alırlar, amma Azərbaycandan keçən yol ermənilərin suveren ərazisi sayılmalıdır?”, - deyə sabiq XİN başçısı vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı