Modern.az

“Tağıyevin heykəlini yerləşdirmək üçün tapşırıq gözləyirik” - AÇIQLAMA

“Tağıyevin heykəlini yerləşdirmək üçün tapşırıq gözləyirik” - AÇIQLAMA

Aktual

31 Avqust 2021, 12:32

Ötən həftə Xalq rəssamı Xanlar Əhmədov Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazır olduğunu və həftə ərzində şəhərin mərkəzi hissəsində qoyulacağını bildirmişdi. Amma bir neçə gün keçsə də, Tağıyevin heykəli ucaldılmayıb.

 

Bəs heykəlin yubanmasının səbəbi nədir?

 

Heykəlin müəllifi Xanlar Əhmədov Modern.az-a açıqlamasında Tağıyevin heykəlini yerləşdirmək üçün tapşırıq gözlədiyini bildirib.

 

“İşlər dayanmayıb, hazırda davam edir. Heykəlin qoyulacağı ərazi hazırlanır. Amma nə zaman qoyulacağı barədə məlumat yoxdur. Yəqin ki, heykəl yaxın vaxtlarda yerləşdiriləcək”.

 

Qeyd edək ki, 2019-cu ildə Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsinə təqdim olunan 26 layihə arasından Xanlar Əhmədovun layihəsi qalib seçilib.

 

Hacı Zeynalabdin Tağıyevin heykəlinin "İçərişəhər" metrostansiyası yaxınlığındakı ərazidə - İstiqlaliyyət küçəsində ucaldılması planlaşdırılır.

 

Fidan İlqar

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı