Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Aktual

29 Dekabr 2021, 12:17

Azərbaycanda dekabrın 30-da gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti olacaq. Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacaq.

 

Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

 

Tibbi-meteoroloji proqnoz

 

Dekabrın 30-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Azərbaycanın rayonlarında

 

Əsasən yağmursuz hava müşahidə olunacaq. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı