Modern.az

Qazaxıstana yeni baş nazir təyin OLUNDU

Qazaxıstana yeni baş nazir təyin OLUNDU

Aktual

11 Yanvar 2022, 09:36

Qazaxıstan parlamenti Əlixan Smailovu ölkənin Baş naziri vəzifəsinə təsdiqləyib.

 

Modern.az xəbər verir ki, onun lehinə 89 deputat səs verib.

 

Qeyd edək ki, Smailov 2015-2018-ci illərdə Qazaxıstan prezidentinin köməkçisi vəzifəsində çalışıb. 2018-ci ilin sentyabrından 2019-cu ilin fevralına qədər maliyyə naziri olub. 2019-cu il fevralın 25-də Qazaxıstan Baş nazirinin birinci müavini - maliyyə naziri təyin edilib. 2021-ci il yanvarın 18-də o, yenidən Qazaxıstan Baş nazirinin birinci müavini – maliyyə naziri vəzifəsinə təyin edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı