Qarqucaq kəndindən Vətən müharibəsi şəhidimiz Aslanov Rəşad Taryel oğlunun məzarı ziyarət olunub.
Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və bir qrup ictimai fəallar Qarqucaq kəndində Vətən müharibəsi Şəhidi Aslanov Rəşad Taryel oğlunun məzarını, Şəhidimizin ailə üzvləri ilə birgə ziyarət ediblər, ruhuna dualar oxuyublar, əziz xatirəsini anıblar.