“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kollektiv sülhməramlı qüvvələri vəziyyət tam sabitləşdikdən sonra Qazaxıstandakı missiyasını başa vuracaq”.
Modern.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
O qeyd edib ki, qısa müddət ərzində - cəmi üç gün ərzində Rusiya Hərbi Hava Qüvvələrinin təyyarələri şəxsi heyəti və texnikanı Qazaxıstana köçürüb.
“Bu, KTMT-yə üzv dövlətlərin silahlı qüvvələrinin birgə təlimlər nəticəsində əldə edilmiş yüksək koordinasiyası və hərəkətlərin səmərəliliyi, habelə Rusiya qoşunlarının Suriyada və Qarabağda sülhməramlı kontingentin yerləşdirilməsi zamanı əldə edilmiş təcrübə sayəsində mümkün olub”, - nazir bildirib.