Modern.az

Bu gün hava necə olacaq? - Proqnoz

Bu gün hava necə olacaq? - Proqnoz

Current

18 Yanvar 2022, 08:10

Bakıda və Abşeron yarımadasında bu gün havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, cənub-qərb küləyinin gündüz güclənəcəyi gözlənilir.

 

Havanın temperaturu gecə 0-1° isti, gündüz 4-6° isti, Bakıda gecə 0-1° isti, gündüz 4-6° isti olacaq.

 

Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.

 

Tibbi-meteoroloji xəbərdarlığa gəlincə, gündüz Abşeron yarımadasında gilavar küləyinin güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər saatlarında duman olacaq. Qərb ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20° şaxta, gündüz 0-5° şaxta olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı