Macarıstan azərbaycanlı tələbələr üçün 200 nəfərlik təqaüd yeri təklif edir.
Modern.az xəbər verir ki, bunu ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.
Nazir bildirib ki, iki ölkə arasında elm və təhsil sahəsində əlaqələr inkişaf edir: "Macarıstan Azərbaycan tələbələri üçün təqaüd proqramı həyata keçirdiyinə görə çox şaddır".