Modern.az

Tokayev Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirdi

Tokayev Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirdi

Aktual

26 Fevral 2022, 15:18

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev şənbə günü Ukrayna ətrafında yaranmış vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının operativ iclasını keçirib.

Modern.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Qazaxıstanın sabit sosial-iqtisadi inkişafının təmin edilməsi kontekstində Ukrayna ətrafında yaranmış vəziyyətlə bağlı məsələlərə baxılıb.

Dövlət başçısının mətbuat xidməti xəbər verir ki, müşavirənin yekunu olaraq prezident konkret vəzifələr qoyub, dövlət orqanları qarşısında tapşırıqlar verib.

Xarici KİV-lərin bundan öncə yaydığı məlumata görə, Rusiya Belarusla bərabər Qazaxıstana da Ukraynaya qarşı müharibəyə qoşulmağı təklif edib.

Lakin Kasım-Jomart Tokayevin təklifə qarşı çıxdığı bildilir.
 

Məlumata görə, Qazaxıstan hökuməti qondarma respublikaları tanımayacağını da bəyan edərək, yalnız BMT Nizamnaməsi çərçivəsində hərəkət edəcəyini bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı