Modern.az

Çavuşoğludan Ukrayna açıqlaması: Sülh istəyirik!

Çavuşoğludan Ukrayna açıqlaması: Sülh istəyirik!

Aktual

5 Mart 2022, 14:57

"Türkiyə Ukraynadakı hadisələrin danışıqlar və sülh yolu ilə həll olunmasını istəyir. Bunun üçün işlər aparılır".

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə Bakıda keçirdiyi mətbuat konfransında deyib.

 

"Eyni zamanda vətəndaşlarımızın təxliyəsi üçün birlikdə işlər görürük. Azərbaycanın Ermənistana sülh təklifini dəstəkləyirik. Hədəfimiz bölgədə sülhün və təhlükəsizliyin təminidir. Eyni zamanda, altılıq platforma zamanı həmin ölkələrdə görüşlərin keçirilməsini dəstəkləyirik".

 

Nazir həmçinin deyib ki, Antalya forumuna Azərbaycandan geniş nümayəndə heyəti gələcək.

 

XİN başçısı qeyd edib ki, hazırda vacib olan məsələ vətəndaşların sağlam şəkildə Ukraynadan çıxarılmasıdır:

 

"Sumıdə vətəndaşlarımız var. Oradan vətəndaşlarımızı təxliyə edə bilməmişik. Humanitar xətt yaratmaq üçün birlikdə çalışırıq. Bizim qatarlara azərbaycanlılar da minir, ayrı-seçkilik etmirik. Bu gün Kiyevdən, Odessadan, Sumıdən təxminən 400 vətəndaşı təxliyə edəcəyik".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı