Modern.az

Rabitəbank-a yeni sədr təyin olunub

Rabitəbank-a yeni sədr təyin olunub

Current

4 Fevral 2013, 17:42

Rabitəbank ASC-nin İdarə Heyəti sədri vəzifəsinə Nikoloz Şurqaya təyin edilib.

Nikoloz Şurqaya Gürcüstan, Belarus, Rusiya və Böyük Britaniyanın bank sektorlarında 18 illik təcrübəyə malikdir. Rabitəbankda işə başlamazdan öncə Şurqaya müxtəlif MDB ölkələrində müstəqil direktor və maliyyə institutlarının məsləhətçisi kimi fəaliyyət göstərib. 2009-2011 illərində Bank of Georgia-ya məxsus olan Belarusky Narodny Bank-da  (Belarus) Müşahidə Şurasının Sədri və eyni zamanda Bank of Georgia-da beynəlxalq biznes üzrə İdarə Heyətinin sədr müavini vəzifələrində işləyib. Şurqaya 2008-2009-cu illərdə Gürcüstanın VTB Bankının İdarə Heyətinin sədri kimi çalışıb. O, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Maliyyə İnstitutları bölməsində (London) Baş Bank mütəxəssisi, ABN Amro Bankda (Moskva) vitse-prezidentin müavini və United Georgian Bank-da (Tbilisi) müxtəlif vəzifələrdə calışıb. N.Şurqaya London Biznes Məktəbinin MBA dərəcəsi üzrə məzunudur.

Rabitəbank 1993-cü ildən fəaliyyət göstərir . Hazırda Bank 18 filial, 2 şöbə və 1 nümayəndəliklə ölkənin 14 regionunda geniş filial şəbəkəsi ilə təmsil olunur. Rabitabank bu il 20 illiyini qeyd edir.



Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı