Modern.az

Kimsəsiz uşaqların vahid məlumat bazası yaradılacaq

Kimsəsiz uşaqların vahid məlumat bazası yaradılacaq

Актуально

7 Fevral 2013, 13:32

Bakıda 208 küçə uşağının təxminən yarısı doğum haqqında şəhadətnamənin nə olduğunu bilmir

Hesablamalara görə, təhsildən yayınan, küçə həyatı yaşayan 1000-dən çox uşaq  var. Amma həmin uşaqların əksəriyyəti özü barədə heç bir məlumata malik deyil. Polis küçədə qalan, gününü evdən kənarda keçirən uşağa rast gələndə, onu saxlayır, kimliyini müəyyənləşdirmək istəyir. Uşaq da ona ürəyi istəyən bir ad deyir. Sonra həmin azyaşlı yenə küçəyə qayıdır. Növbəti dəfə polisə rast gələndə, tamam başqa bir ad söyləyir, yenə də onun yaşayış yerini müəyyənləşdirmək olmur.

hesabatlarına görə isə təhsildən yayınan, küçə həyatı yaşayan 1000-dən çox var

“Kimsəsiz uşaqların vahid məlumat bazası yaransa, belə halların sayı da azalacaq”, - bunu Modern.az-a Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə heyətinin sədri Nazir Quliyev deyir. Onun sözlərinə görə, hələ 2009-cu ildə Prezident tərəfindən belə bazanın yaradılması haqda göstəriş verilib: “Həmin il Azərbaycanda Uşaq ili elan olunmuşdu. Bu fərmanın üstündən xeyli vaxt keçir, lakin hələ də uşaqların vahid məlumat bazası yaradılmayıb. Bir uşaq bir dəfə özünü Məhəmməd Həsənov, gələn dəfə Anar Əliyev adlandırır. Amma vahid məlumat bazasında uşaq haqqında hər bir informasiya yerləşdiriləcək, aidiyyəti dövlət orqanlarının hər biri məlumatın doğru, ya yanlış olduğunu müəyyənləşdirə biləcək. Eyni sistemdən həm polis, həm səhiyyə işçisi, həm də təhsil işçisi yararlana biləcək”.

N. Quliyev onu da bildirdi ki, kimsəsiz uşaqların məlumat bazasının yaradılması üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Uşaqların Hüquqları üzrə QHT Alyansı müəyyən işlər gördü. Onun sözlərinə görə, bazanın daha dolğun və sistemli işləməsi üçün qanunvericilikdə müəyyən normaların qəbul edilməsi var idi ki, bu yaxınlarda Nazirlər Kabineti belə bir qaydanı təsdiq etdi. Artıq bu qaydalar imkan verir ki, müxtəlif risk qrupuna daxil olan uşaqlarla bağlı məlumat öz əksini tapsın. Küçə uşaqları ilə bağlı, təhsildən yayınan uşaqlarla bağlı müəyyən işlər aparılır. Bu gün valideyn himayəsindən məhrum olan 9 min uşaq var. 2011-ci ilin hesabatlarına görə isə təhsildən yayınan, küçə həyatı yaşayan 1000-dən çox var”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirdi ki, vahid məlumat bazasının yaradılması istiqamətində işlər davam edir. Özü də söhbət yalnız kimsəsiz uşaqlardan getmir:

“Ölkədə bütün uşaqlar haqqında fərdi məlumatlar bazada yer alacaq. Məlumat bankının istifadəçiləri uşaq məsələləri ilə məşğul olanlar dövlət qurumlarıdır ki, onlar da bu proqrama qoşulurlar. Onlarda nə məlumatlar varsa həmin məlumat bankına daxil edilir. Elektron təminat bankında əsas inzibatçı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Məlumat istifadə Bankının istifadəçiləri bir neçə qurumdur ki, onlar bilavasitə uşaq məsələləri ilə məşğul olan qurumlardır. Məsələn, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Təhsil, Sosial Müdafiə, Gənclər və İdman Nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Miqrasiya Xidməti və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarıdır. Bankda yerləşdirilən məlumatlar 25 il ərzində saxlanılır. Yəni uşaq 18 yaşına çatdıqdan sonra 25 il ərzində saxlanılır. 25 ildən sonra isə məhv edilir. Hazırda məlumat bankının yaradılması ilə bağlı işlər davam etdirilir. Əsas məqsəd uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət etmək məqsədi daşıyır”.          

Qeyd edək ki, yaradılacaq məlumat bazasında uşaqların adı, ünvanı, valideynləri, xarici görünüşü, şəkli və s. öz əksini tapacaq. Vahid bazanın köməyi ilə bütün statistik məlumatları almaq mümkün olacaq – ölkədə nə qədər uşaq var, neçəsi əlildir, bunlardan nə qədəri idmana cəlb olunur, nə qədər əlil uşaq inklüziv təhsilə cəlb olunur və s.

Dövlət Statistika Komitəsinin araşdırması göstərir ki, küçə uşaqlarının ən böyük problemi heç bir sənədə malik olmamasıdır. Komitənin əməkdaşları Bakıda 208 küçə uşağı arasında sorğu keçirib. Onların 40%-i doğum haqqında şəhadətnamənin nə olduğunu bilməyib. Küçə həyatı keçirən azyaşlıların əksəriyyəti məhz ailə problemləri ucbatından küçəyə düşdüklərini bildiriblər. Uşaqların 70%-i ailəsinin rayondan bura gəldiyini deyib. Və nəhayət, bu uşaqların cəmi 3%-i özlərini tam sağlam hiss etdiklərini bildiriblər.

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı