Tanınmış cüdoçu Elnur Məmmədlinin qızı dünyaya gəlib. Modern.az-ın məlumatına görə, olimpiya çempionunun yeni doğulan qızı ilə şəkilləri sosial şəbəkədə paylaşılıb. Bundan əvvəl idmançının bir oğlu var idi.
Qeyd edək ki, Elnur Məmmədli 2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya oyunlarında 73 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək olimpiya çempionu adına layiq görülüb. 2009-cu ildə Polis Akademiyasına qəbul olub. Azərbaycan daxili işlər naziri, general-polkovnik Ramil Usubov Pekin Olimpiadasının qalibinə "polis baş leytenantı" rütbəsini və zabit poqonlarını təqdim edib.

Anar Kəlbiyev