Modern.az

İndiyədək peyvənd olunanların SAYI

İndiyədək peyvənd olunanların SAYI

Current

26 Aprel 2022, 19:10

Azərbaycanda son sutkada koronavirus əleyhinə 5 150 vaksin vurulub.

 

Bu barədə Modern.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 695, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 377, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 724, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 354 nəfərdir.

 

Vurulan vaksinlərin ümumi sayı 13 632 746, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 338 299, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 838 834, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 216 688, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 238 925 nəfər təşkil edir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı