Modern.az

Şəfiqə Axundova xəstəxanaya yerləşdirilib

Şəfiqə Axundova xəstəxanaya yerləşdirilib

Current

16 Fevral 2013, 10:52

Şərqin opera yazan ilk qadın bəstəkarı Şəfiqə Axundova xəstəxanadadır. Bir neçə gün öncə səhhəti pisləşən sənətkarı şəhər xəstəxanalarının birinə yerləşdirilib. Bu barədə Modern.az-a bəstəkarın yaxınları məlumat veriblər. Verilən məlumata görə, Şəfiqə Axundova artıq bir neçə gündür müalicə alır.

Qeyd edək ki, 89 yaşlı Xalq artisti uzun müdddətdir ki, ürək xəstəliyindən əziyyət çəkir.

Sevinc İltifatqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı