Modern.az

Heydər Əliyev xalqının həyatında uğurlu və işıqlı iz qoya bildi

Heydər Əliyev xalqının həyatında uğurlu və işıqlı iz qoya bildi

Current

10 May 2022, 14:10

Bu gün Azərbaycan xalqının həyatında çox mühüm bir tarixdir. Ulu Öndər Heydər Əliyev məhz bu gün dünyaya gəlib. Belə deyirlər ki, hər dövrün öz tarixi şəxsiyyətləri olur. Bu doğrudan da belədir. Ulu Öndər o tarixi şəxsiyyətlərdəndir ki, xalqının həyatında uğurlu və işıqlı iz qoya bildi.

 

Bu gün o iz hər yerdə parıldayır. Onun xalqına olan sevgisinin nəticəsidir ki, bu gün bütün işlərin kökündə onun əzmi, fədakarlığı hiss olunur.  Bütün həyatını mürəkkəb siyasi hadisələrin mərkəzində və xalqa sevgilə xidmətdə yaşadı. Hər kəsə bu cür mənalı ömür nəsib olmur. Amma Ulu Öndər ömrü boyu   öz həyatını bütövlükdə xalqına həsr etdi.  Heydər Əliyev ömrü  başdan ayağa mübarizə və fədakarlıq salnaməsidir, ardıcıl qələbələr silsiləsidir. O heç zaman san işlərin arxasınca qaçmadı. O hər zaman ən mürəkkəb və həlli çətin olan işlərin ağırlığını öz çiyinlərində daşıdı. Çünki onun bir amalı vardı. Bu dövlətə və xalqa uğur və qələbə bəxş etmək.

 

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi onun ideyalarının başlıca qayəsini təşkil edib. Cənab Prezident İlham Əliyevin dərin məzmunlu və çoxşaxəli siyasi kursu ilə ölkəmizin müstəqilliyi daha möhkəmləndirildi. Bu siyasətin nəticəsi olaraq Azərbaycan hazırda dünyada söz sahibi olan dövlətlərdəndir.

 

Siyasi fəaliyyətində sıravi partiya üzvlüyündən Azərbaycan KP MK-nin Baş katibliyinədək yüksəlmiş, inzibati idarəçilik ierarxiyasında isə xüsusi xidmət orqanlarının sıravi əməkdaşı vəzifəsindən SSRİ Nazirlər Kabineti sədrinin 1-ci müavinliyinədək böyük bir yüksəliş yolu keçmiş Heydər Əliyev XX əsrin ikinci yarısında dünya siyasətinin ən mahir fiqurlarından biri idi.

 

Ulu öndər Heydər Əliyevin ölkədə sabitlik yaradılması, iqtisadi-sosial sahədə, neft strategiyasında tarixi addımlar atılması, bütün sahələrdə mühüm islahatlar həyata keçirilməsi, beynəlxalq aləmdə respublikanın mövqeyinin möhkəmləndirilməsi sahəsində gördüyü işlər unudulmazdır.

 

Hər bir xalqın tarixi keçmişi var. Atalar sözündə deyildiyi kimi,  “xalqın gözü tərəzidir”. Həqiqətən də Azərbaycan xalqı Dahi Lideri  ilə fəxr edir. Onun qurduğu dövlət bu gün ən uğurlu dövrünü yaşayır.

 

Məhz ölkəmizdə bazar iqtisadiyyatının təşəkkül tapmasında, beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsində, xalqın rifah halının yüksəldilməsində çox böyük işlər görmüş Heydər Əliyevin sayəsində Azərbaycan inkişaf etmiş və sivil dövlətlər sırasına çatıb. Ümumiyyətlə, siyasi, iqtisadi, sosial, mədəni həyatda, beynəlxalq sahədə kifayət qədər nailiyyətlər qazanılmışdırsa, dövlətçiliyin gücləndirilməsində, ölkənin tərəqqisində nə qədər yeniliklər, uğurlar əldə edilmişdirsə – bunlar Heydər Əliyevin sayəsində mümkün olub.

 

Düşünürəm ki, İlham Əliyevin hakimiyyət dövrünü biz həm də Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin üçüncü mərhələsi kimi də qiymətləndirə bilərik. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev məktəbinin ən layiqli davamçısı kimi onun Azərbaycan dövləti ilə bağlı yarım qalan işlərini davam etdirdi. Bu gün Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etmiş, regionun ən güclü dövlətinə çevrilmişdir. Bu regionda Azərbaycanın razılığı və iştirakı olmadan hər hansı bir layihənin icrası mümkün deyil. Azərbaycan dünyada tanınan, sayılan və hörmət edilən bir ölkədir. Vaxtilə Ulu Öndər Heydər Əliyev “Azərbaycan dünyaya günəş kimi doğacaq” deyirdi.

 

Onun dediyi hər bir kəlmə həqiqətə çevrildi. Çünki Heydər Əliyev uzaqgörən siyasətçi idi. Onun Qarabağın azadlığı ilə bağlı səsləndirdiyi fikirlərin hamısı bu gün gerçəkdir. Ulu Öndər həm də əmin idi ki, tarixi ədalət mütləq öz yerini tapacaq. Təbii ki, bunun üçün onun yolunu davam etdirməyi bacaran güclü siyasətçi lazım idi. O siyasətçi də İlham Əliyevdir. Ulu Öndərin də dediyi kimi, məhz Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan dünyaya günəş kimi doğdu.


Tahir Süleymanov

Ağsaqqallar Şurasının sədr müavini, keçmiş deputat

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı