Ədalət Partiyasının sədri, Milli Məclisin üzvü İlyas İsmayılov deputat seçildiyi 106 saylı Seçki dairəsini əhatə edən Ağstafa və Qazax rayonlarına səfərə gedib.
Partiyanın mətbuat xidmətindən Modern,az-a daxil olan məlumata görə, İ.İsmayılov fevralın 20-də Ağstafada, 21-də isə Qazaxda keçiriləcək rayon İcra hakimiyyətləri başçılarının 2012-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqlarında iştirak edəcək.
Məlumatda millət vəkilinin öz seçiciləri ilə qeyri-rəsmi görüşlər keçirəcəyi də istisna edilməyib.
Modern.az