Modern.az

Azərbaycan Afrikada qızların təhsil almasına kömək edir

Azərbaycan Afrikada qızların təhsil almasına kömək edir

Current

26 May 2022, 15:30

"Bu gün Azərbaycanın Afrika ölkələri ilə siyasi, mədəni, iqtisadi əlaqələri yüksək səviyyədə davam edir. Həmçinin Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri Afrika ölkələri ilə əməkdaşlıqdır"

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “Qoşulmama Hərəkatının qiymətləndirilməsində Afrika qitəsinin rolu” adlı konfransda bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan Afrika ölkələrində inkişaf üçün addımlar atır:

 

"Azərbaycan Afrika ölkələrinin inkişafı üçün maliyyə yardımları edir, oradakı qızların təhsil almasına kömək göstərir. Eyni zamanda bütün dünyada problem olan pandemiya zamanı Azərbaycanın Afrika ölkələri ilə əlaqələri daha da möhkəmlənib. Afrika ölkələrinin tələbələri üçün təqaüd proqramları təşkil olunur ki, bu da təhsil sayəsində əlaqələrin güclənməsinə şərait yaradır".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı