Modern.az

Bolqarıstan millisi Tbilisidə qəzaya düşdü

Bolqarıstan millisi Tbilisidə qəzaya düşdü

Current

11 İyun 2022, 11:18

Bolqarıstanın milli futbol komandası Millətlər Liqasının Gürcüstan yığması ilə səfər matçı öncəsi Tbilisidə qəzaya düşüb.

Modern.az xəbər verir ki, bu barədə Bolqarıstan Futbol İttifaqının saytı məlumat yayıb.

 

Gürcüstana çatan Bolqarıstan komandası iki avtobusla otelə doğru gedərkən, sürücülərdən biri idarəetməni itirib. Qəza nəticəsində xəsarət alan yarımmüdafiəçi Todor Nedelev müayinə olunmaq üçün yerli xəstəxanaya aparılıb.


İyunun 12-də Gürcüstan millisi C Liqasının 4-cü qrupunun IV tur matçında Tbilisidə bolqarları qəbul edəcək. Komandaların iyunun 5-də baş tutan ilk oyununda gürcülər səfərdə qələbə qazanıblar - 5:2.

Üç turdan sonra Gürcüstan komandası 9 xalla qrup cədvəlinə başçılıq edir, bolqarlar 2 xalla üçüncüdür.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı