İranın İsfahan vilayətində F14 qırıcı təyyarəsi qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, ilkin ehtimallara görə, hadisəyə texniki nasazlıq səbəb olub.
Qəza zamanı qırıcıda olan 2 pilot katapult edib. Pilotlar xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.