Modern.az

Ukrayna ordusu Xersonda dəmir yolu körpüsünə zərbə endirdi

Ukrayna ordusu Xersonda dəmir yolu körpüsünə zərbə endirdi

Current

30 İyul 2022, 16:26

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin Rusiyanın işğalı altında olan ərazisindəki daha bir körpüyə zərbə endiriblər.

 

Modern.az “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Cənub Operativ Komandanlığı bildirib.



Məlumata görə, Ukrayna hərbçiləri Antonov körpüsünün yaxınlığındakı dəmiryol körpüsünə də zərbə endiriblər:
 

"İşğal olunan ərazilərdə əsas nəqliyyat marşrutlarına atəş nəzarətinin nəticələri göstərir ki, artıq Dnepr çayı üzərindən dəmiryol körpüsü ilə hərəkət etmək mümkün deyil”.
 

Qeyd edək ki, iyulun 27-də Ukrayna hərbi qüvvələri Xersonda Antonov körpüsünə növbəti zərbədən endirdikdən sonra bu yol bağlanıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı