Modern.az

Sumqayıtdakı yanğın söndürüldü - YENİLƏNİB (VİDEO)

Sumqayıtdakı yanğın söndürüldü - YENİLƏNİB (VİDEO)

Current

13 Oktyabr 2022, 22:23

Sumqayıtda sexdə baş vermiş yanğın söndürülüb.

 

Bu barədə Modern.az-a FHN-in Mətbuat xidmətindən bildirilib.

 

Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 41-ci məhəllə, Çerkassi küçəsində yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının şüşə istehsalı sexində baş verdiyi müəyyən olunub.

 

Yanğından mühafizə bölmələrinin operativ fəaliyyəti sayəsində yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.

 

Əlavə məlumat veriləcək.

 

 

***

22:02

 

Sumqayıtda yanğın baş verən əraziyə polis əməkdaşları cəlb olunub.

 

Modern.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.

 

Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək işçilərin təxliyəsi təmin olunur.

 

***

20:38

 

Sumqayıtda sexdə yanğın başlayıb.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

 

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı