Modern.az

Gəncə terroru qurbanlarının xatirəsi anılıb

Gəncə terroru qurbanlarının xatirəsi anılıb

Current

18 Oktyabr 2022, 12:34

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı 17 oktyabr 2022-ci il tarixdə Gəncədə terror hadisəsi zamanı həlak olan mülki şəhidlərin xatirəsini anıblar.

Modern.az xəbər verir ki, tədbir çərçivəsində qanlı terror hadisəsinin baş verdiyi əraziyə gül dəstələri qoyulub. Sədr Həbib Misirov çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonasından kənarda yerləşən Gəncə şəhərinin mərkəzi qadağan olunmuş silahlardan, o cümlədən ballistik raketlərdən və kasetli bombalardan istifadə edilməklə növbəti dəfə intensiv atəşə tutulmuşdu. 17 oktyabr 2020-ci il tarixində baş vermiş terror hadisəsi zamanı insan tələfatı və külli miqdarda dağıntılarla nəticələnən cinayətlər baş vermişdi. Xeyli sayda insan sağlamlığına və əmlakına dəyən ziyanla yanaşı, mənəvi-psixoloji sarsıntıya məruz qalmışdı. Həmin gün 4-ü qadın, 3-ü uşaq olmaqla 13 nəfər həyatını itirdi, 20-si qadın, 5-i uşaq olmaqla 48 vətəndaş ağır xəsarətlər aldı.Dünya birliyi və beynəlxalq təşkilatlar dinc əhaliyə qarşı yönəlmiş bu cür zorakılığı qınamalıdır. Digər çıxış edənlərdə bildirdilər ki,  Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc sakinlərini məqsədyönlü şəkildə hədəf seçərək mülki əhalini və yaşayış massivlərini növbəti dəfə raket atəşinə tutması bəşəriyyət əleyhinə yönəlmiş cinayətdir.  Qeyd edək ki, Vətən müharibəsi dövründə Gəncə şəhəri 4, 5, 8, 11 və 17 oktyabr tarixlərdə raket və ağır artilleriya hücumlarına məruz qalıb. Bu terrorlar nəticəsində 26 nəfər dinc sakin həlak olub, 170-dən çox insan yaralanıb, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Bütün terror qurbanlarının xatirəsini yad edir, Uca Allahdan rəhmət diləyirik. Qarabağ Azərbaycandır!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı