Modern.az

Nazir sabiq rəis oğluna yeni vəzifə və rütbə verdi

Nazir sabiq rəis oğluna yeni vəzifə və rütbə verdi

Güncel

19 Oktyabr 2022, 14:08

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

 

Modern.az-ın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrə əsasən, Zalov Ramin Rəhim oğluna polis leytenantı rütbəsi verilib. O, Goranboy Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinə əməliyat müvəkkili vəzifəsinə təyin edilib.

 

R.Zalov bu təyinata qədər Gəncə şəhər baş polis idarəsinin 1-ci polis şöbəsində çalışıb.

 

Qeyd edək ki, Ramin Zalov Gəncə Baş Polis İdarəsinin keçmiş DYP rəisi Rəhim Zalovun oğludur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı