Modern.az

Səfərbərliyə çağırılan 10 min əsgər geri QAYTARILDI

Səfərbərliyə çağırılan 10 min əsgər geri QAYTARILDI

Aktual

21 Oktyabr 2022, 12:54

Rusiyada səfərbər olunan 10 minə yaxın əsgər geri qaytarılıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya  Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov deyib.

 

"Bu günə qədər ölkə üzrə 10 minə yaxın insan müxtəlif səbəblərə görə geri qaytarılıb", - Kartapolov bildirib.

 

Qeyd edək ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı