Modern.az

“Samur” postunda tıxac - Rusiya ilə danışıqlar aparılır

“Samur” postunda tıxac - Rusiya ilə danışıqlar aparılır

Current

25 Oktyabr 2022, 14:22

Ölkəmizin Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunda yük nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.

 

Bu barədə Modern.az-a Azərbaycan Dövlət Gömrük Komitəsindən məlumat verilib.

 

Bildirilib ki, "Samur" gömrük postunun ixrac nəzarət xətti ilə avtomobillərin yola salınmasında heç bir problem yoxdur və qarşı tərəfin buraxılış sayına uyğun olaraq yük nəqliyyat vasitələrinin keçidi təmin edilir.

 

Hazırda "Samur" gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yük nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması istiqamətində bütün zəruri addımlar atılır. Dövlət Gömrük Komitəsinin aidiyyəti strukturları sərhədkeçmə proseslərinin sürətləndirilməsi üçün Rusiya tərəfi ilə müntəzəm danşıqlar aparır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı