Modern.az

Qazaxda 700 nəfəri sahibsiz it dişləyib

Qazaxda 700 nəfəri sahibsiz it dişləyib

Current

25 Oktyabr 2022, 17:56

Qazax rayonunda son üç ayda 700 sakin sahibsiz itlərin hücumuna məruz qalıb.

 

Modern.az APA-ya istinadən məlumat verir ki, sonuncu belə hadisə Qazax şəhərindəki küçələrdən birində baş verib. Gündüz saatlarında küçə ilə hərəkət edən yaşlı qadına sahibsiz itlər hücum edib. Yaxınlıqdakı şəxslər qadını küçə itlərinin əlindən alıb. Xəsarət alan qadın xəstəxanaya yerləşdirib, tibbi yardım göstərilib.

 

Sakinlərin sözlərinə görə, Qazax rayonunda sahibsiz itlərin sayı günbəgün artmaqdadır. Son zamanlar it dişləməsi faktları da çoxalıb. Təkcə son 3 ay ərzində 700-ə yaxın sakin sahibsiz itlərin hücumuna məruz qalıb.

 

Qazax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, it dişləməsi diaqnozu ilə xəstəxanaya müraciətlər artıq gündəlik hal alıb. Sakinlər sahibsiz itlərin artmasını məişət tullantıları qablarının azlığı ilə əlaqələndirirlər. Belə ki, toplanan tullantılar həm də itlərin yem mənbəyi rolunu oynayır, nəticədə sahibsiz itlər parklarda, bağlarda kütləvi şəkildə artaraq təhlükə mənbəyinə çevrilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı