Modern.az

Daha bir ölkə olimpiadaya namizəd oldu

Daha bir ölkə olimpiadaya namizəd oldu

Aktual

27 Oktyabr 2022, 16:32

Meksika 2036-cı ildəki Yay Olimpiya Oyunları üçün namizədliyini irəli sürüb.

 

Modern.az-ın məlumatına görə, bu barədə ölkənin xarici işlər naziri Marselo Ebrard bildirib.

 

O, iddialı olduqlarını deyib: "Biz futbol üzrə üç dünya çempionatına ev sahibliyi edən yeganə ölkəyik. Həm də dünyanın ən yaxşı iqtisadiyyatlarından birinə malikik".

 

Qeyd edək ki, 1968-ci ildə olimpiada məhz Meksikada gerçəkləşib. Ölkə 1970, 1986-cı illərdə futbol üzrə dünya çempionatını təşkil edib. 2026-cı ildəki mundial isə Meksika ilə yanaşı ABŞ və Kanadada baş tutacaq. Növbəti olimpiadalar 2024-cü ildə Fransanın paytaxtı Parisdə, 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində, 2032-ci ildə isə Avstraliyanın Brisben şəhərində təşkil olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı