Modern.az

Rusiyanın Ukraynadakı itkiləri 70 min nəfərə çatır - SİYAHI

Rusiyanın Ukraynadakı itkiləri 70 min nəfərə çatır - SİYAHI

مورد توجه

28 Oktyabr 2022, 12:09

Ukrayna silahlı qüvvələri 70 minə yaxın rus işğalçısını məhv edib. Ötən sutkada 480 işğalçı sıradan çıxarılıb.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının mətbuat mərkəzi məlumat yayıb.

Baş Qərargah Rusiyanın Ukraynadakı itkiləri ilə bağlı son statistik məlumatları paylaşıb.

Rusiyanın Ukraynadakı itkiləri oktyabrın 28-nə aşağıdakı kimidir:

şəxsi heyət - 69 700 (+480) nəfər;

tanklar - 2640 (+9) ədəd;

zirehli döyüş maşınları - 5378 (+14) ədəd;

artilleriya sistemləri - 1698 (+8) ədəd;

reaktiv yaylım atəşi sistemi - 379 (+0) ədəd;

hava hücumundan müdafiə sistemləri - 192 (+0) ədəd;

təyyarə - 272 (+1) ədəd;

helikopter - 251 (+2) ədəd;

PUA - 1401 (+3) ədəd;

qanadlı raketlər - 351 (+0) ədəd;

gəmilər/qayıqlar — 16 (+0) ədəd;

avtomobil və tankerlər - 4088 (+10) ədəd;

xüsusi avadanlıq - 151 (+1) ədəd.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı