Modern.az

"Xaş-xaş" əməliyyatı: 3.4 ton çətənə məhv edildi 

Актуально

16 Sentyabr 2023, 16:38

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat verib.

 

Bildirilib ki, keçirilən tədbir zamanı Qarasuqumlaq və Mürsəl kəndi ərazisində ümumi çəkisi 3 ton 450 kiloqram olan 2124 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı