Milli Məclisin deputatı Günay Ağamalının uşaqpulu ilə bağlı açıqlaması birmənalı qarşılanmayıb.
Modern.az xəbər verir ki, mövzunun sosial şəbəkələrdəki müzakirəsinə bəzi tanınmış şəxslər də qoşulub.
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurulmasında iştirak etmiş “91-lər”in üzvü, sabiq konsul Xeyrəddin Qoca də xanım deputatı tənqid edib.
“Günay Ağamalı "uşaqpulu valideyinlərdə tənbəllik yarada bilər" fikrini söyləyəndən bəri fikirləşirəm ki, bu uşaqpulunu nə qədər verəcəklər ki, valideynlər də, uşaqlar da dolana biləcək, valideynlərin işləməsinə ehtiyac qalmayacaq?”, - deyə Xeyrəddin Qoca bildirib.
Keçmiş konsul Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullanın da bostanına daş atıb.
“Kamal Abdulla da buna bənzər akademik səhv edib! Deyib ki, “qadınlar işləməsələr yaxşıdır”. Əvvəla, indi 16-cı əsr deyil! Bir də hörmətli Kamal müəllim, kişilərin qadınları dolandlrmağa maaşları çatacaq? Deyirsiniz xüsusi istedadları olan qadınlar işləsinlər. Dövlət vəzifələrində işləyən qadınların hansının xüsusi istedadı var? Bəlkə, siz "xüsusi istedadı olan qadın" deyəndə Günay Ağamalını nəzərdə tutursunuz?!
Kamal Abdulla, siz zamanında Ramiz Mehdiyevi "renosans dövrünün titanik filosoflarına" bənzətmişdiniz! O, "renosans dövrünün titanik filosoflarına" bənzəyirsə, Günay Ağamalı da XXl-ci əsrin titanik xüsusi istedadl olan Qadını ola bilər!..”, - Xeyrəddin Qoca deyib.