Modern.az

Səudiyyə Ərəbistanı 4 nəfəri edam edib

Səudiyyə Ərəbistanı 4 nəfəri edam edib

World

11 İyul 2017, 22:36

Səudiyyə Ərəbistanında 4 nəfər edam edilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, edam olunan şəxslər ölkənin Əl Katif bölgəsində çoxsaylı terror aktları törətməkdə günahkar bilinib.

Qeyd edək ki, şiələrin çoxluq təşkil etdiyi Əl Katif bölgəsində gənclərdən ibarət müxalif qruplaşmalar tərəfindən mütəmadi olaraq təhlükəsizlik qüvvələrinə qarşı hücumlar həyata keçirilir.  Ötən həftə törədilən hücum nəticəsində 1 hərbçi ölüb, 6-sı yaralanıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı