Modern.az

Abel Məhərrəmov qovulan tələbələrdən danışdı....

Abel Məhərrəmov qovulan tələbələrdən danışdı....

Ölkə

15 Aprel 2011, 17:49

Bakı Dövlət Unversitetinin rektoru Abel Məhərrəmov son günlər rəhbərlik etdiyi ali məktəbdən iki tələbənin qovulması ilə bağlı məsələyə aydınlıq gətirib. Modern.az bildirir ki, parlamentdə verdiyi açıqlamada rektor Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslının BDU-dan qovulmasının mitinqlə heç bir bağlılığı olmadığını deyib.
A/Məhərrəmov bildiirb ki, magistraturanın sonuncu kursunda oxuyan Tural 3 akademik kəsirinə və davamiyyətin zəifliyi üzündən ali məktəbdən xaric edilib.

“Mən Turalı əvvəlki kəsirləri zamanı qəbul etmişdim. Ona kömək etmişdik. Amma o yenə kəsirlərini düzəldə bilmədi və dərsə gələməməyə başladı. Hətta dərsdə müəllimlə dalaşdığına görə, onun haqqında protokol tərtib edilmişdi. Bizdə magistraturada akademik borclarla bağlı güzəşt yoxdur”-deyə A.Məhərrəmov bildirib. Rektor qeyd edib ki, mart ayında akademik kəsirlərin müzakirəsi zamanı Tural Abbaslı ilə bağlı məsələ müzakirə edilib və bu qərar qəbul olunub. “Burada siyasi çalar axtarmaq lazım deyi”-deyə rektor vurğulayıb.

A.Məhərrəmov tarix fakültəsinin 3-cü kursundan qovulan digər tələbə Cavid Mehrəliyev barədə də danışıb. Rektor bildirib ki, bakalavr təhsili alan Mehrəliyev də davamiyyətin pozulması üzündən qovulub.
“BDU-da qaydaya görə, dərslərdə iştirak etməmək 30 faiz həcmində olarsa, tələbə ali məktəbdən xaric olunur”.
Qeyd edək ki, KXCP-nin üzvü olan C.Mehrəliyev 2 aprel aksiyasına görə BDU-dan qovulduğunu bildirib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı