Azərbaycanın minifutbol üzrə milli komandası 27 may – 4 iyun tarixlərində Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatında iştirak edəcək.
Modern.az xəbər verir ki, bununla əlaqədar Bakı Tennis Akademiyasının meydançasında media nümayəndələri üçün yığmanın açıq məşqi təşkil olunub.
Tədbirdə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Avro-2026 üçün yekun heyəti açıqlayıb. Təcrübəli mütəxəssis komandanın hazırlıq prosesi, qarşıdakı turnirdəki hədəflər və komandanın hazırkı durumu barədə jurnalistlərə məlumat verib.
Milli komandanın üzvləri Vəli Qafarov və Ramiz Çovdarov da çıxış edərək yığmanın Avropa çempionatına tam hazır olduğunu bildiriblər.
Azərbaycan millisinin Avro-2026 üçün heyəti belədir:
Ağaseyid Qasımov, Vəli Qafarov, Rəvan Kərimov, Taleh Babayev, Xətai Bağırov, Kənan Mirzəliyev, Samir Həmzəyev, İsa Atayev, Elvin Əlizadə, Ruslan Ağalarov, Təmkin Xəlilzadə, Məhəmməd Xəlilov, Cəfər Cəfərov, Vüsal İsayev, Ruzigar İbrahimzadə, Mirmehdi Rzayev, Ramiz Çovdarov, Eşqin Tağıyev.