Modern.az

Müdafiə Nazirliyi Yazıçılar Birliyini yalançılıqda ittiham etdi

Müdafiə Nazirliyi Yazıçılar Birliyini yalançılıqda ittiham etdi

Ölkə

17 Oktyabr 2012, 15:53

“Yazıçılar Birliyinin üzvləri, ümumiyyətlə mədəniyyət xadimləri ilə heç zaman problemimiz olmayıb. Sizcə bu, mümkündürmü ki, şairlərimiz bizə müraciət etsinlər və biz də bundan imtina edək!? Bu, qətiyyən dürüst söhbət deyil”.
Bunu Modern.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev bildirib.

  Xatırladaq ki, Milli Məclisdə Sabir Rüstəmxanlının timsalında Azərbaycan Yazıçılar Birliyinin (AYB) ünvanına ittihamlar səslənmişdi. Parlament sədrinin birinci müavini Ziyafət Əsgərovun ziyalıların cəbhə bölgələrinə baş çəkməməsinə dair suçlamasına isə AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu cavab vermişdi.

“Şair və yazıçılar cəbhə bölgələrində çıxış üçün dəfələrlə Müdafiə Nazirliyinə müraciətlər etsələr də, bu müraciətlərinə baxan olmayıb”, – deyə AYB mətbuat katibi Ədalət Əsgəroğlu bildirmişdi. 

“Bu fikri söyləyən şəxs böyük yanlışlığa yol verir. Buyurub desinlər ki, nə vaxt və hansı məktubla müraciət ediblər. Belə bir problem olmayıb.  Necə olur ki, millət vəkilləri, jurnalistlər mədəniyyət, incəsənət xadimləri, o cümlədən müğənnilər cəbhə bölgəsinə gedə bilirlər, amma yazıçılar gedə bilmirlər? Bu, yalandır. Deyilənlərin heç bir əsası yoxdur. Yazıçılarımız nə vaxt istəyiblər, biz onu təşkil etmişik və həmişə də təşkil etməyə hazırıq”, – deyə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini vurğulayıb. 

Nihadə Eyyubova  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı