Modern.az

Turan Yazqan vəfat edib

Turan Yazqan vəfat edib

Country

22 Noyabr 2012, 12:17

Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı, professor-doktor Turan Yazqan 74 yaşında dünyasını dəyişib. Modern.az-ın məlumatına görə, Turan Yazqan bu gün səhər saat 08:00 radələrində İstanbulda vəfat edib.

Qeyd edək ki, 1938-ci ildə dünyaya gələn Turan Yazqan türk dünyasının tanınmış simalarındandır.  Turan Yazqan 1980-ci ildə qurduğu Türk Dünyası Araşdırmaları Vəqfinin rəhbəri olub. Türkiyədə və Türk dünyasındakı xidmətlərinə görə, 200-dən çox mükafata layiq görülən Turan Yazqan həmçinin bir sıra tanınmış universitetlərin fəxri doktoru adına layiq görülüb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı