Müsavat Partiyası başqan İsa Qəmbərin müxalifət liderlərinin “Asiman” restoranında keçirilən görüşündə iştirak etməməsinə aydınlıq gətirib. Partiyanın başqan müavini Gülağa Aslanlı Modern.az-a açıqlamasında bildirib ki, Müsavat başqanı bu görüşə vahid namizəd məsələ ilə bağlı müzakirələrə görə qatılmayıb. “İsa Qəmbər bu haqda öz fikrini bildirib. Başqanın sözlərinə görə, onu dəvət edəndə deyiblər ki, müxalifətin vahid namizəd məsələsi müzakirə olunacaq. İsa bəy isə vahid namizədin müəyyən olunması istiqamətində danışıqların vaxtının yetişmədiyini bildirib”,- deyə partiya funksioneri qeyd edib.